"İmtahan suallarını hazırlayanları sertifikasiya imtahanına cəlb etmək lazımdır".
Lent.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev APA TV-də yayımlanan "İmpuls" verilişində deyib.
"Dövlət İmtahan Mərkəzində imtahan suallarını tərtib edənlər də sertifikasiya imtahanına cəlb edilməlidir. Bu daha yaxşı olar.
Qəbul prosesinin kökündə duran ən böyük problem 5-6 fəndən imtahan verməkdir. Beynəlxalq təcrübədə iki fəndən - riyaziyyat və xarici dildən imtahan verilir, universitetə qəbul keçirilir. Biz fənlərin sayını aşağı salmalıyıq.
İllərlə bir fəndən dərs keçən müəllim gəlib sertifikasiya imtahanı verəndə 50 faizdən aşağı bal toplayır, amma 11-ci sinif şagirdini 5-6 fəndən imtahan edib, yaxşı nəticə gözləyirik, belə olmaz".