Xəzərdə 4 nəfər boğulub
21 aprel 2011 15:26 (UTC +04:00)

Xəzərdə 4 nəfər boğulub

0
Aprelin 21-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.


Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində saat 11:52 və 12:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahildən 3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və 1980-ci il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal edilən digər 2 şəxsin axtarışları davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar