72 yaşlı kişini soydular - XÜSUSİ DƏSTƏ  yaxalandı
23 mart 2022 12:22 (UTC +04:00)

72 yaşlı kişini soydular - XÜSUSİ DƏSTƏ yaxalandı

Lənkəranda son bir ay ərzində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, soyğunçuluq və oğurluq cinayətləri edən 20 nəfər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son bir ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər rayon sakini saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə, psixotrop maddə və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onlardan bir neçəsinin soyğunçuluq və oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslərdən ikisinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 72 yaşlı Lənkəran şəhər sakininin pulunu soyğunçuluq yolu ilə ələ keçirdikləri, digər altı nəfərin isə rayon ərazisindəki evlərdən və digər obyektlərdən çoxsaylı oğurluqlar etdikləri müəyyən edilib. 

Qeyd edilən faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193

Oxşar yazılar

Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu

Qəza kilometrlərlə tıxaca səbəb oldu

22 iyun 2025 , 00:35