Abşeronda  FACİƏ:  Fəhlə iş yerində yıxılıb öldü
13 mart 2023 11:26 (UTC +04:00)

Abşeronda FACİƏ: Fəhlə iş yerində yıxılıb öldü

Martın 11-də Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam etdirilir.

# 1866
avatar

Arzu Qurbanlı

Oxşar yazılar