Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 aprel 2024 09:35 (UTC +04:00)

Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN

Araşdırmalara görə, insanın uun müddət yaşaması pis vərdişlərin olmasından, ekologiyasından və qidalanmasından asılıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün əvvəlcə pəhrizə xüsusi diqqət yetirilməlidir.

Gündəlik qidalanmada bəzi məhsullardan imtina etməlisiniz.

Makaron

Yüksək karbohidratlı bu qidalar orqanizmdə iltihablanma riskini artırır.

Soda və şirələr

Bu cür içkilər ömür uzunluğuna təsir edən xroniki xəstəliklərin inkişafına səbəb olur.

Dondurma

Az miqdarda və ya hətta minimum miqdarda istehlak etmək tövsiyə olunur.

Məhsulların yüksək şəkər tərkibinə görə diş problemlərinin, ürək xəstəliklərinin və onkologiyanın inkişafına kömək etdiyinə inanılır.

Un məmulatları

Mağazalarda satılan çörək məhsullarının tərkibində çoxlu miqdarda trans yağlar var ki, son araşdırmalara görə, bu yağların sağlamlığa zərərli olduğu müəyyən edilib.

Kolbasa

Yalnız kolbasa deyil, kolbasa və dərin emaldan keçmiş istənilən qırmızı ət ağciyər və kolon xərçəngi inkişaf riskini artırır.

# 2334
avatar

Arzu Qurbanlı

Oxşar yazılar