Mədəniyyət Evinin TƏMİRİNDƏ FACİƏ:  usta yıxılıb öldü - YENİLƏNİB
12 iyun 2025 17:53 (UTC +04:00)

Mədəniyyət Evinin TƏMİRİNDƏ FACİƏ: usta yıxılıb öldü - YENİLƏNİB

Ağdaşda ustanın hündürlükdən yıxılıb ölməsi ilə bağlı təfərrüat məlum olub.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Ağdaş Mədəniyyət Evində qeydə alınıb. Mərhum İmadəddin Əbdürrəhimov burada təmir işləri ilə məşğul imiş. Lakin onun hansı şəraitdə hündürlükdən yıxılması bəlli deyil.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***
16:54

Ağdaşda tikintidə faciə yaşanıb.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Burada usta işləyən 59 yaşlı Əbdürrəhimov İmadəddin Malik oğlu hündürlükdən yıxılaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2216

Oxşar yazılar