İsrailin İrana qarşı əməliyyatları 14 gün davam  edəcək
13 iyun 2025 16:07 (UTC +04:00)

İsrailin İrana qarşı əməliyyatları 14 gün davam edəcək

İsrail yaxın 14 gün ərzində İrana hücumu davam etdirəcək.

Lent.az yerli telegram kanallarına istinadla bildirir ki, yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, hədəflər İranın nüvə proqramı, hərbi rəhbərliyi və raket arsenalı olacaq. Bu yolla İsrail cavab zərbəsi ehtimalını məhdudlaşdırmaq istəyir.

Fars xəbər agentliyi mənbələrə istinadən xəbər verir ki, İran da öz növbəsində çox yaxın vaxtlarda PUA-larla İsrailə hücum etməyi planlaşdırır. Bundan əvvəl, İsrailin zərbələrindən dərhal sonra İran İsrailə ən azı 200 pilotsuz uçuş aparatı atmışdı. 

Lakin İsrail Ordusunun verdiyi məlumata görə, onların hamısı uğurla vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar