Ana borca görə uşağını satdı
07 mart 2024 17:21 (UTC +04:00)

Ana borca görə uşağını satdı

Dağıstanda qadın mikrokreditlər üzrə yığılmış borclarına görə uşağını Moskva sakininə satıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşaq 2019-cu ildə doğulub və bundan sonra qız moskvalıya təhvil verilib. Sənədlərə görə, bu uşağın anası paytaxt sakini olub. Qadın səhhətindəki problemlərə görə hamilə qala bilməsə də, 15 uşağı övladlığa götürüb. O, saxta sənədlər hazırlayaraq bioloji valideynlərdən körpələr alıb. Bu işin istintaqı Dağıstan sakininə qarşı aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qadını saxlayıb. Dindirmə zamanı o, etiraf edib. Qadının sözlərinə görə, pulu olmadığına və mikrokreditlər üzrə külli miqdarda borcuna görə uşağı satıb. Hazırda qadın insan alveri maddəsi ilə istintaq təcridxanasındadır.

# 2757
avatar

Oxşar yazılar