Bakıda DƏHŞƏT:   Gecə qətl törədən kişi öldü - YENİLƏNİB
29 aprel 2024 10:47 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Gecə qətl törədən kişi öldü - YENİLƏNİB

Xəzər rayon prokurorluğu Bakıda qətl törədən şəxsin ölümü ilə bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a verilən məlumatda qeyd olunur ki, aprelin 28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir.

***

saat 10:21

Bakıda qətl törədən şəxs ölüb.

Lent.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 70 yaşlı Natiq Dadaşov saxlanılandan bir neçə saat sonra ürəktutmasından ölüb.

O ifadəsində törətdiyi əməli etiraf edibmiş.  

***

28 aprel, saat 23:29

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 45 yaşlı Əhmədov Sadiq Hüseyin oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 70 yaşlı Dadaşov Natiq Hüseyin oğlu saxlanılıb. 

Araşdırma aparılır.

# 7824
avatar

Oxşar yazılar