Atasının motosikletini götürüb qəza törətdi - Biləsuvarda olay
12 aprel 2024 21:03 (UTC +04:00)

Atasının motosikletini götürüb qəza törətdi - Biləsuvarda olay

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 2008-ci il təvəllüdlü A. N. Rafət oğlu, atasına məxsus motosikleti sürərkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəzada yeniyetmə xəsarət alıb və təcili Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1875
avatar

Oxşar yazılar