Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü  - YENİLƏNİB
12 iyul 2025 11:03 (UTC +04:00)

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü - YENİLƏNİB

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 55 yaşlı Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 27 yaşlı Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

04:40

Sumqayıtda ailə münaqişəsi zəminində kürəkən öz qayınatasını öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.

1970-ci il təvəllüdlü Bağıyev Arif Bağı oğlunun qızının əri Nurulla Tofiqoğlu tərəfindən küçədə qətlə yetirildiyi bildirilir.

Məlumata görə qayınata qızı ilə kürəkəni arasındakı narazılığa aydınlıq gətirmək üçün Siyəzəndən qonaq gəlibmiş. Daha sonra onların arasında mübahisə yaranıb və hadisə qayınatanın qətlə yetirilməsi ilə nəticələnib.

Nurulla Tofiqoğlu saxlanılıb. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar