Azər Zahidin köməkçisi olan tiktoker də həbsdən buraxıldı
23 iyun 2025 10:19 (UTC +04:00)

Azər Zahidin köməkçisi olan tiktoker də həbsdən buraxıldı

“TikTok” əməliyyatı zamanı saxlanılan daha bir nəfər ev dustaqlığına buraxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, tiktoker Rövşən Təhməzovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsi vəsatətin təmin edilməsi ilə bağlı qərar qəbul edib.

Rövşən Təhməzov barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində tiktoker, aparıcı Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs edilib. Ötən ay Bakı Apellyasi Məhkəməsinin qərarı ilə Emin Abdullayev ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3630

Oxşar yazılar

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

11 avqust 2025 , 20:19
Bakıda evdən çürümüş meyit  TAPILDI

Bakıda evdən çürümüş meyit TAPILDI

11 avqust 2025 , 19:28
58 yaşlı yazıçı dənizdə boğuldu

58 yaşlı yazıçı dənizdə boğuldu

11 avqust 2025 , 19:24
Bakıda parkda ÖLÜM

Bakıda parkda ÖLÜM

11 avqust 2025 , 18:13
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

11 avqust 2025 , 16:14
Ağdaşda 2 yaşlı  qız hündürlükdən YIXILDI

Ağdaşda 2 yaşlı qız hündürlükdən YIXILDI

11 avqust 2025 , 15:53
Uşaq beşinci mərtəbədən yıxılıb öldü

Uşaq beşinci mərtəbədən yıxılıb öldü

11 avqust 2025 , 14:46
Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

11 avqust 2025 , 14:35