“Liverpul” və “İnter” Dortmundun “Borussiya” klubunun sol cinah müdafiəçisi Daniel Svensson ilə ən çox maraqlanan klublardır.
Lent.az xəbər verir ki, bundan başqa, “Arsenal”, “Lids Yunayted”, “Milan” və “Atalanta” da 24 yaşlı futbolçunu izləyir.
Məlumata görə, “Borussiya” Svenssonu komandada saxlamaq istəyir, lakin 40–45 milyon avro məbləğində təklifləri nəzərdən keçirməyə hazırdır. Qeyd olunur ki, isveçli müdafiəçi özünü İngiltərə Premyer Liqasında sınamaq istəyir.
Bu mövsüm Svensson bütün turnirlərdə 43 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt məlumatına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avrodur.