Azərbaycanda 600-dən çox  yanğın olub, 5 meyit tapılıb - VİDEO
23 iyun 2025 10:14 (UTC +04:00)

Azərbaycanda 600-dən çox yanğın olub, 5 meyit tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 607 yanğına çıxış, 22 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 7-si azyaşlı olmaqla 24 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar