Azərbaycanda ana iki uşağı ilə  itkin düşdü
17 avqust 2022 09:41 (UTC +04:00)

Azərbaycanda ana iki uşağı ilə itkin düşdü

Ağdamda ana övladları ilə birgə itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ayaqqərvənd kəndində baş verib.

28 yaşlı Fərəcova Ülviyyə Tərlan qızı iki azyaşlı övladı - Polad və qızı Hədiyyə ilə birgə onların şəxsiyyət vəsiqələrini də götürərək yaşadığı evdən çıxıb. Bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2166
avatar

Mehman Nəbiyev

Oxşar yazılar