"Azərişıq"ın əməkdaşı  FACİƏLİ   şəkildə öldü
24 fevral 2022 10:23 (UTC +04:00)

"Azərişıq"ın əməkdaşı FACİƏLİ şəkildə öldü

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı vəzifə başında ölüb.

Hadisə ilə bağlı Lent.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq”ın Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2333

Oxşar yazılar

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə

5 may 2025 , 18:36
Maştağada ögey anasını qətlə yetirənə  HÖKM OXUNDU

Maştağada ögey anasını qətlə yetirənə HÖKM OXUNDU

5 may 2025 , 18:33
Mahaçqalada polislər güllələndi:  Ölənlər var - VİDEO  - YENİLƏNİB

Mahaçqalada polislər güllələndi: Ölənlər var - VİDEO - YENİLƏNİB

5 may 2025 , 17:54
Bakıda hostel yandı

Bakıda hostel yandı

5 may 2025 , 16:07
Meşədə itkin düşən ŞƏHİD ATASI  TAPILDI-YENİLƏNİB

Meşədə itkin düşən ŞƏHİD ATASI TAPILDI-YENİLƏNİB

5 may 2025 , 16:05
Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

Xəstələrin pulunun mənimsəyənlərə HÖKM OXUNDU

5 may 2025 , 15:38
Tanınmış həkim silahla tutuldu

Tanınmış həkim silahla tutuldu

5 may 2025 , 15:36
Sumqayıtda mopedlərə qarşı REYD

Sumqayıtda mopedlərə qarşı REYD

5 may 2025 , 15:25