Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU  - YENİLƏNİB
30 aprel 2024 11:31 (UTC +04:00)

Bakıda 10 maşının toqquşduğu qəzanın VİDEOSU - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Bakıda 10 maşının əzilməsi ilə nəticələnən yol qəzasının görüntülərini yayıb.

Qurumdan Lent.az-a verilən xəbərə görə, Rəşid Behbudov küçəsində baş verən həmin qəza zamanı maşınlarla bərabər 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.

Bundan başqa, ötən gecə 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə 1 ədəd svetofor dirəyi yarasız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.

***

saat 02:58

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Zəncirvari qəzada 10-a yaxın minik avtomobilinə zərər dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

# 7422
avatar

Oxşar yazılar