Bakıda evlərdən 15 minlik qızıl  oğurlayan tutuldu
05 aprel 2024 10:52 (UTC +04:00)

Bakıda evlərdən 15 minlik qızıl oğurlayan tutuldu

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1473
avatar

Oxşar yazılar