Bakıda kişini qatar vurması barədə cinayət işi açıldı
02 fevral 2023 14:35 (UTC +04:00)

Bakıda kişini qatar vurması barədə cinayət işi açıldı

Bakıda kişini qatar vuraraq öldürüb.

Qaradağ rayon Prokurorluğunda Lent.az-a verilən məlumata görə, fevralın 1-i saat 19 radələrində Abşeron-Puta dəmiryol xəttinin Lökbatan keçidinə yaxın ərazisində 42 yaşlı Zaur Cavadovun meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Zaur Cavadovun qeyd edilən ərazidə hərəkətdə olan qatar tərəfindən vurulması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

# 1833
avatar

Oxşar yazılar