Xalq artisti Zaur Rzayev
14 sentyabr 2026 10:07 (UTC +04:00)

Xalq artisti Zaur Rzayev

Zaur Rzayev xəstəxanadan evə BURAXILDI

0

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, müalicəsi başa çatan sənətçi artıq evə buraxılıb.

Xatırladaq ki, 74 yaşlı Xalq artisti sentyabrın 5-də saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının qəbul şöbəsinə hospitalizasiya olunub.

Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulub. Zəruri tibbi xidmətlərdən sonra Z.Rzayevin vəziyyətində stabilləşmə müşahidə olunub və müalicəsi Terapiya şöbəsində davam etdirilib.

Daha əvvəl xəstəxanadan Lent.az-a verilən məlumatda sənətçinin vəziyyətinin stabil olduğu bildirilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar