Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin cinayətdən yayınmaq cəhdi faciə ilə nəticələnib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı Allahverdi Rəsulov cinayət məsuliyyətindən yayınmaq üçün inanılmaz addım ataraq üzərindəki narkotik bükümlərini udub.
Lakin bu cəhd onu xilas etməyib, vəziyyəti qəfil ağırlaşan şəxs xəstəxanaya çatdırılıb.
Narkotik aludəçisi olan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş A.Rəsulov tibbi müdaxilələrə baxmayaraq iyunun 20-də zəhərlənmədən dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.