Bakıda maşın qaçırıldı
17 aprel 2024 11:03 (UTC +04:00)

Bakıda maşın qaçırıldı

Aprelin 16-da Nərimanov rayonu ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Seyran Allahverdiyev saxlanılıb.

Avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.

Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

# 1311
avatar

Oxşar yazılar