Bakıda maşından külli miqdarda  pul oğurlandı
14 noyabr 2023 12:44 (UTC +04:00)

Bakıda maşından külli miqdarda pul oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 10-da saat 22 radələrində Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 33 yaşlı Ceyhun Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7758
avatar

Oxşar yazılar