Bakıda obyekt sahibindən aylıq pul alan şəxsə CƏZA İSTƏNİLDİ
12 oktyabr 2026 12:48 (UTC +04:00)

Bakıda obyekt sahibindən aylıq pul alan şəxsə CƏZA İSTƏNİLDİ

0

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşa qarşı hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 19 oktyabr saat 12:30-a təyin olunub.

Xatırladaq ki, istintaq materiallarında Bakının Nəsimi rayon ərazisində yerləşən masaj salonunun sahibəsi Gülnarə İsayeva özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən Səid Rüstəmzadə tərəfindən şantaj olunduğunu bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən Səid Rüstəmzadə özünü dövlət qurumunun rəsmi nümayəndəsi kimi təqdim edərək, G. İsayevaya bundan sonra yalnız onun “nəzarəti” altında işləyə biləcəyini deyib. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb edib.

Bir müddət sonra S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi ( Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar