Bakıda oteldə YANĞIN:  25 nəfər təxliyə olundu
25 mart 2024 16:30 (UTC +04:00)

Bakıda oteldə YANĞIN: 25 nəfər təxliyə olundu

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 m² olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından muhafizə olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

# 2676
avatar

Oxşar yazılar