Karyerasını bitirən futbolçu vaksin şirkətlərini  məhkəməyə verdi
27 aprel 2024 16:19 (UTC +04:00)

Karyerasını bitirən futbolçu vaksin şirkətlərini məhkəməyə verdi

Fransua-Xavier Fumo Tamouso koronavirus peyvəndi istehsalçılarını məhkəməyə verib. Futbolçu iddia edir ki, bunlar onun karyerasını vaxtından əvvəl bitirməsinə təsir göstərib.

Lent.az xarici mediaya istinadla bildirir ki, cari mövsümdə Tamuzo Fransada Liqa 2-nin “Laval” klubunda çıxış edib. 29 yaşlı futbolçu karyerasını erkən bitirmək məcburiyyətində qalıb.

Bir sıra zədələr futbolçunun karyerasını bitirmək qərarına təsir edib. Futbolçu ilk zədəsini 2021-ci ilin yayında alıb. Həmin vaxtdan onun səhhətində problemlər yaranıb. 29 yaşlı Tamuzo iddia edir ki, koronavirus peyvəndi onun sağlamlığına təsir edib. O, “Pfizer” və “BioNTech” laboratoriyalarına bu istiqamətdə araşdırmalar aparmağı tapşırıb.

Futbolçu yuxarıda adıçəkilən peyvənd istehsalçılarını məhkəməyə verib. Məhkəmə prosesləri iyulun 2-də Parisdə keçiriləcək.

29 yaşlı futbolçu və vəkili Fransa Futbol Federasiyasını (FFF) də məhkəməyə verib. Futbolçunun vəkili iddia edir ki, assosiasiya oyunçunun vaxtından əvvəl ayrılmasına görə məsuliyyət daşıyır.

“Laval”a keçməzdən əvvəl, Tamuzo karyerasının əsas payını Fransada aşağı səviyyəli klublarda keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2406
avatar

Oxşar yazılar