Aşkarlanan heroin
28 iyun 2022 14:19 (UTC +04:00)

Aşkarlanan heroin

Bakıdan gedən pakistanlı 4 kilo heroinlə yaxalandı - VİDEO

Azərbaycandan hava nəqliyyatı ilə gedən əcnəbi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Doha aviareysi ilə gedən Pakistan vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri əks olunub.

Bundan sonra həmin sərnişini steril zonada gömrük əməkdaşları saxlayıb, müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama otağına dəvət edilib.

Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi geyim əşyaları boşaldılıb. Daha sonra çamadanın astarı, karton altlığı sökülüb və aşkar olunması çətinləşdirilmiş üsullardan istifadə etməklə çamadanın alt hissəsinə yapışdırılmış sellofan paket çıxarılıb. Baxış zamanı paketin içərisində gömrük nəzarətindən gizlədilən açıq qəhvəyi rəngli toz şəklində, kəskin qoxuya malik 4 kiloqram 130 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıdan gedən pakistanlı tutuldu

# 1428
avatar

Mehman Nəbiyev

Oxşar yazılar