Balakəndə DƏHŞƏT:  dərsdən çıxan qızı maşın vurub öldürdü
05 aprel 2024 14:12 (UTC +04:00)

Balakəndə DƏHŞƏT: dərsdən çıxan qızı maşın vurub öldürdü

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, aprelin 5-də saat 13 radələrində Balakən rayonunun Şərif kəndində Şamil Horcolov idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə piyada, 2016-cı il təvəllüdlü S.Abdullayevanı vurub. Azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Abdullayeva 2-ci sinif şagirdi olub. Maşın onu dərsdən çıxıb evə gedəndə vurub. 

Faktla bağlı araşdırma aparılır. 

# 11445
avatar

Oxşar yazılar