Bakıda "BMW" ilə "Khazar" toqquşdu
05 may 2024 01:44 (UTC +04:00)

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakının Xətai rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Kəsişmədə "BMW" və “Khazar” markalı minik avtomobilləri toqquşub.

Avtomobillərə ziyan dəyib. Hadisədə bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

# 2082
avatar

Oxşar yazılar