Cəlilabadda 37 yaşlı kişini qətlə yetirən tutuldu - YENİLƏNİB  - VİDEO
30 may 2025 15:38 (UTC +04:00)

Cəlilabadda 37 yaşlı kişini qətlə yetirən tutuldu - YENİLƏNİB - VİDEO

Xəbərə video əlavə olunub.

***
08:43

Cəlilabadda qətl hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,  həmin cinayət əməlini törətməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırmalar aparılır.


***
23:11

Cəlilabadda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad sakini 1988-ci il təvəllüdlü Bəhruz Ədalət oğlu Hüseynov rayonun Kirovka deyilən ərazisində, evinin giriş qapısında bıcaqlanaraq qətlə yetirilib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2002

Oxşar yazılar