Neftçala sakini 5-ci mərtəbədən yıxılaraq ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Neftçala şəhərində qeydə alınıb.
Şəhər sakini, 1958-ci təvəllüdlü Sabir Abuzərov yaşadığı binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir Abuzərov Müsavat Partiyası Neftçala təşkilatının keçmiş sədridir.