Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın verdiyi xəbərə görə hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, "VAZ 2106" markalı minik avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsində sərnişin qismində olan Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.