Gəncədə hamamda PARTLAYIŞ:   yeniyetmə qız yaralandı
18 iyun 2025 19:28 (UTC +04:00)

Gəncədə hamamda PARTLAYIŞ: yeniyetmə qız yaralandı

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.

Lent.az xəbər verir ki, şəhər sakini 15 yaşlı G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.

Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar