Goranboy sakini Rusiyada faciəvi şəkildə  öldü
14 avqust 2024 22:09 (UTC +04:00)

Goranboy sakini Rusiyada faciəvi şəkildə öldü

Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi "Qazel" markalı yük maşını magistralda xarab olub.

Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan “Mercedes Sprinter" markalı mikroavtobus xarab olan “Qazel”ə arxadan çırpılıb.

Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar

Bakıda gənc oğlan özünü BİNADAN ATDI  - YENİLƏNİB

Bakıda gənc oğlan özünü BİNADAN ATDI - YENİLƏNİB

16 oktyabr 2024 , 00:28
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

15 oktyabr 2024 , 19:34
Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

Gömrük polkovniki İŞDƏN ÇIXARILDI

15 oktyabr 2024 , 19:23
Cəlilabadda qadın özünü asdı

Cəlilabadda qadın özünü asdı

15 oktyabr 2024 , 19:20
Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

Biri uşaq olmaqla, 4 nəfər evdə diri-diri yandı

15 oktyabr 2024 , 18:17
Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

Bakı metrosunda NASAZLIQ: sərnişinlər düşürüldü

15 oktyabr 2024 , 17:46
Ağdaşda avtomobil kanala düşdü, ölən var  - YENİLƏNİB

Ağdaşda avtomobil kanala düşdü, ölən var - YENİLƏNİB

15 oktyabr 2024 , 15:48
"Vosmoy" bazarında  araba sürən öldü

"Vosmoy" bazarında araba sürən öldü

15 oktyabr 2024 , 15:41