İrandan Rusiyaya gedən TIR-da görün nələr çıxdı?
06 noyabr 2024 10:53 (UTC +04:00)

İrandan Rusiyaya gedən TIR-da görün nələr çıxdı?

Külli miqdarda narkotik vasitənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, “Biləsuvar” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılan yoxlama zamanı yükün içərisində aliminium falqalara bükülmüş 10 ədəd bağlamada qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilmiş külli miqdarda - 10 kiloqram 360 qram qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar