7 yaşında 116 kilo çəkis i olan uşaq ürək çatışmazlığından  öldü
04 iyul 2026 19:22 (UTC +04:00)

7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü

0

ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərinin səylərinə baxmayaraq, Kasper O'Brayen Miçiqan ştatının Flint şəhərindəki evində huşunu itirərək ölüb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, prokurorluq 40 yaşlı ata Damien O'Brayenə və 41 yaşlı ana Sessika O'Brayenə qarşı ikinci dərəcəli cinayət, işgəncə və ikinci dərəcəli uşaq istismarı ilə bağlı üç ayrı ittiham irəli sürüb. Cütlük ötən həftə hakim qarşısına çıxıb və girovsuz həbsxanaya göndərilib. İş üzrə ilk dinləmələrdən biri cümə axşamı keçiriləcək.

“Uşaqa çox səhv yemək verilib”

Cenesee bölgə prokuroru Devid Leyton valideynlərin uşaqlarını düzgün yedizdirmədiyini bildirərək deyibi: "Yumşaq desək, onlar uşağı çox səhv yedizdiririblər. O, lazım olan qidaları almayıb".

İttiham tərəfinin sözlərinə görə, Kasperin rasionu əsasən qeyri sağlam qidalardan ibarət olub.

Ölüm səbəbi: ürək çatmazliği

Məhkəmə Tibbi Ekspertiza İnstitutunun hesabatına görə, boyu 128 santimetr olan Kasper tibbi baxımdan piylənmədən əziyyət çəkib. Ölüm səbəbi dilatasion kardiomiopatiya (ürəyin böyüməsi və zəifləməsi nəticəsində yaranan ürək çatışmazlığı) kimi qeydə alınıb. Hesabatda uşağın həddindən artıq çəkisinin onun ölümündə əhəmiyyətli amil olduğu bildirilib.

Prokurorluq sənədində ailənin tibbi sığortası olsa da, valideynlərin Kasperi lazımi müalicə üçün xəstəxanaya aparmadığı bildirilir.

İstintaq zamanı əldə edilən məlumata görə, Kasper danışa bilməyib və yataq xəstəsi olub. Onun bədənində ağır yataq yaraları və çoxsaylı dəri səpgiləri aşkarlanıb. Meyitin yarılması barədə hesabatda həmçinin polis və uşaq müdafiə xidmətlərinin evdə çoxlu miqdarda zibil tapıldığı bildirilib. Prokuror Leyton evdəki yığılmış zibil və gigiyena şəraitini "dəhşətli" adlandırıb.

Heç vaxt məktəbə göndərilməyib

Məlumata görə, Kasper məktəbdə qeydiyyatda olmayıb. Uşaq sonuncu dəfə 2024-cü ilin fevral ayında ailə həkiminə aparılıb və orada ona öskürək, burun tutulması və metabolik xəstəlik diaqnozu qoyulub. O vaxt Kasperin çəkisi 47 kiloqram olub. Anası sağlam qidalanma və idman haqqında məlumatlandırılıb və uşaq endokrinologiyası mütəxəssisinə göndərilib, lakin bu görüşdə heç vaxt iştirak etməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar