İstanbulda gecə klubunda PARTLAYIŞ:  27 nəfər öldü -VİDEO  - YENİLƏNİB
02 aprel 2024 17:12 (UTC +04:00)

İstanbulda gecə klubunda PARTLAYIŞ: 27 nəfər öldü -VİDEO - YENİLƏNİB

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın zamanı ölənlərin sayı 27 nəfərə çatıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, üç nəfər isə ağır yaralıdır.

***

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda baş verən yanğında ölənlərin sayı artıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə zamanı 16 nəfər ölüb. Hadisədə 10-a yaxın yaralının olduğu bildirilir.

***

16:34

İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli yanğından 12 nəfər həyatını itirib. 

Ramazan bayramı ilə bağlı bağlanan, 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən Masquerade" adlı gecə klubunda təmir işləri aparılan zaman səhnənin yanında partlayış olub.

Partlayışdan sonra gecə klubunda yanğın baş verib. Yanğın böyüdükcə klub və bina tüstü ilə dolub. Həmin vaxt klubda və binada olanlar içəridə qalıblar. Xəbər verildikdən sonra, hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və sağlamlıq qrupları göndərilib. Yanğında 12 nəfər həyatını itirərkən, 7-si ağır olmaqla 13 nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son dakika İstanbulda ünlü gece kulübünde yangın faciası: 10 kişi hayatını kaybetti

# 3165
avatar

Fidan İlqar

Oxşar yazılar