ABŞ-də F-16 qırıcısı  qəzaya uğradı
01 may 2024 02:28 (UTC +04:00)

ABŞ-də F-16 qırıcısı qəzaya uğradı

ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult əməliyyatını həyata keçirib.

Lent.az xəbər verir ki, bu barədə Holloman aviabazası məlumat yayıb.

Bildirilib ki, “F-16 Fighting Falcon” təyyarəsi Holloman Hərbi Hava Qüvvələri bazasından qərbdə “White Sands” Milli Parkı yaxınlığında qəzaya uğrayıb.

Pilota tibbi yardım göstərilir.

# 1770
avatar

Oxşar yazılar