Kişi polis serjantını bıçaqladı
12 aprel 2024 12:02 (UTC +04:00)

Kişi polis serjantını bıçaqladı

Rusiyanın Ufa şəhərinin mərkəzində kişi polisi bıçaqlayıb.

Lent.az yerli mediaya istinadən bildirir ki, hadisə səhər saatlarında Cala Marxa küçəsində baş verib. Məlumata görə, kişi üzünü kəsib, daha sonra qışqıraraq polis serjantına hücum edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları havaya atəş açıblar.

Nəticədə hücum edən şəxs yaxalanıb. Yaralı patrol əməkdaşı xəstəxanaya aparılsa da, onun vəziyyəti ilə bağlı təfərrüatlar hələlik məlum deyil.

# 2193
avatar

Oxşar yazılar