Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR
20 iyun 2025 17:40 (UTC +04:00)

Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Lent.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib. Bununla bağlı bu gün Xətai rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar