Ölən dostunun 70 minlik toy üzüyünü  oğurladı
07 dekabr 2023 14:08 (UTC +04:00)

Ölən dostunun 70 minlik toy üzüyünü oğurladı

Surqut sakini dostunu evində ölü halda tapıb.

Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 40 yaşlı İvan arvadı Katya ilə evləndikdən sonra dostu Arsenlə ünsiyyəti kəsib.

Bir gün cütlük arasında dava olub və qadın anasının evinə gedib. Elə həmin gecə Arsen qapını döyüb. Lakin qapını açan olmayıb.

Evə gələn xilasedicilər qapını açaraq, İvanın meyitini tapıblar. İşçilər ətrafa baxarkən Arsen dostunun 70 min rubl dəyərində olan (təxminən 1274 manat) toy üzüyünü və telefonunu oğurlayıb. O, dostunun telefonunu qaytarsa da, üzükləri lombarda verdiyini deyib.

Arsen oğurluqda təqsirli bilinib və ölkədən çıxışına qadağa qoyulub.

Mərhumun arvadı isə ərinin tək qaldığı üçün vəsvəsədən öldüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Oxşar yazılar