Polis polkovniki həbs olundu
20 iyun 2025 17:48 (UTC +04:00)

Polis polkovniki həbs olundu

Rusiyanın Moskva vilayətinin Saxarova kəndində Xarici Vətəndaşların Müvəqqəti Saxlama Mərkəzinin keçmiş rəisi, polis polkovniki Aleksey Laqoda həbs edilib.

Lent.az xəbər verir ki, istintaq onu xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edir. Laqoda 2015-ci ildə yarandığı andan on il ərzində mərkəzin rəhbəri olub. 2025-ci ilin fevralında polis polkovnik-leytenantı Ravil Safin miqrantların müvəqqəti saxlanma məntəqəsinin rəisi təyin edilib.

2024-cü ilin sentyabrında dələduzluqla bağlı cinayət işi ilə bağlı mərkəzdə axtarış aparılıb. İstintaqın məlumatına görə, əməkdaşlar miqrantların qohumlarına orada baş çəkəcəklərini və pul müqabilində tez evə qayıdacaqlarını vəd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar