Polisi arvadı ilə birlikdə  ZƏHƏRLƏDİLƏR
29 noyabr 2021 19:15 (UTC +04:00)

Polisi arvadı ilə birlikdə ZƏHƏRLƏDİLƏR

Daxili İşlər Nazirliyinin Moskva İqtisadi Cinayətlərə Qarşı Mübarizə İdarəsinin əməkdaşı və onun həyat yoldaşı talliumdan zəhərlənməsində qohumu şübhəli bilinir.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hüquq-mühafizə orqanları 30 yaşlı moskvalının xəstəxanaya yerləşdirilməsindən sonra araşdırmaya başlayıb, həkimlər qadının bədənində ölümcül zəhərin izlərini aşkar ediblər.

Onun Daxili İşlər Nazirliyində işləyən əri də müayinə olunub. Onun da orqanizmində tallium aşkarlanıb. Onların zəhərlənməsində zərərçəkənin bacısının əli ola bilər.

Qadınlar kişi ilə eyni kommunal mənzildə yaşayırlar. İki ailə arasında uzun müddətdir davam edən mənzil mübahisəsi var.

Mütəxəssislər zərərçəkmişlərin mənzilində və avtomobilində zəhərin olub-olmadığını yoxlayırlar.

# 2097
avatar

Oxşar yazılar