İlham Əliyev:   Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük həvəslə yanaşır
23 avqust 2026 17:11 (UTC +04:00)

İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa böyük həvəslə yanaşır

0

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa məsuliyyətlə və böyük həvəslə yanaşır.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

“Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərində tamhüquqlu üzv kimi iştirak etməsinə verdiyiniz xüsusi rola görə sizə bir daha təşəkkür etmək istərdim. Qərarın məhz Daşkənddə, sizin rəhbərliyinizlə keçirilən iclasda qəbul edilməsi simvolik məna daşıyır. Biz sizin Azərbaycanın bu formatda tamhüquqlu şəkildə iştirak etməsi üçün şəxsən necə böyük rol oynadığınızı çox yaxşı bilirik. Bu proses artıq həyata keçirilir. Bu yaxınlarda biz sizinlə birlikdə Qırğızıstanda görüş keçirdik. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq çərçivəsində bu işə çox məsuliyyətlə və böyük həvəslə yanaşır”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 64

Oxşar yazılar