Qadın məhkumları  döyüb saçlarını qırxdılar
27 sentyabr 2023 13:13 (UTC +04:00)

Qadın məhkumları döyüb saçlarını qırxdılar

Primorsk diyarının Qornı kəndindəki 10 saylı qadın koloniyasında məhbusların döyüldüyü və zorla saçlarının qırxıldığı ilə bağlı iddialar yayılıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, iddialara görə, cəzaçəkmə müəssisəsinin əməkdaşlarının əməllərindən 50 nəfər zərər çəkib.

O da qeyd olunub ki, koloniya əməkdaşlarının dediyinə görə, bu, məhbuslarda bit olması səbəbindən edilib. Lakin bununla bağlı tibb kitabçalarında qeydlər təqdim edilməyib.

Öz növbəsində, Rusiyanın Primorsk diyarı üzrə Federal Penitensiar Xidmətinin mətbuat xidməti verdiyi açıqlamada yuxarıdakı məlumatların hamısını təkzib edib.

Hüquq-mühafizə xidməti vurğulayıb ki, məhbusların saç düzümü rəsmi olaraq bərbər kimi işləyən məhkumun razılığı ilə həyata keçirilib. Həmçinin qeyd olunub ki, qadınlara qarşı fiziki güc tətbiq edilməyib.

Bundan əlavə, məhkumlardan birində həbsxana işçiləri tərəfindən yetirilən bədən xəsarətlərinin aşkarlanması ilə bağlı məlumatlar ortaya çıxıb. Federal Penitensiar Xidməti qeyd edib ki, bu fakt üzrə yoxlama materialları istintaq şöbəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar