Qadın üç dostundan smartfon götürdü: Onların adına  milyonlarla kredit    yazdırdı
24 mart 2024 19:58 (UTC +04:00)

Qadın üç dostundan smartfon götürdü: Onların adına milyonlarla kredit yazdırdı

Soçidə polis üç rəfiqəsinin smartfonlarını alaraq onların adına milyonlarla kredit rəsmiləşdirən 42 yaşlı yerli sakini saxlayıb.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qadın cinayət sxemini əvvəlcədən düşünüb və dostlarından onlayn birjadan pul çıxarmaq üçün telefonlarından istifadə etməyi xahiş edib. Ona inanan tanışlar bank ərizəsinə daxil olaraq telefonu qadına veriblər, bundan sonra o, onlar üçün kredit götürüb və pulu öz hesabına köçürüb.

Ümumilikdə şübhəli şəxs üç dostu üçün doqquz milyon rubl 9100 min dollara yaxın) kredit əldə edə bilib. Onun barəsində bank hesablarından pul oğurlaması faktı ilə bağlı cinayət işi açılıb və hazırda onun yerini tərk etməmək barədə vəsatət verilib. Fırıldaqçının əvvəllər də məhkum olunduğu bildirilir.
 

# 2316
avatar

Oxşar yazılar