Rusiyada azərbaycanlı sürücü  Ukraynaya görə   güllələndi -  FOTO
25 avqust 2022 13:00 (UTC +04:00)

Rusiyada azərbaycanlı sürücü Ukraynaya görə güllələndi - FOTO

Rusiyanın Rostov şəhərində azərbaycanlı taksi sürücüsü güllələnib.

Lent.az-ın “Druzya Kabelo” teleqram kanalına istinadən məlumatına görə, hadisəni kapitan rütbəli hərbçi törədib.

Azərbaycanlı sürücü kapitanı müştəri kimi təyin olunan yerə apararkən söhbət Ukraynada gedən müharibədən düşüb. Sürücü Rusiyanın hərəkətlərini təcavüz adlandırıb, Rusiya ordusunun vəhşiliklərindən danışıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb.

Bu vaxt əsəbləri dözməyən kapitan xidməti tapançasını çıxararaq sürücüyə 4 güllə vurub. Azərbaycanlı yerindəcə ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5129

Oxşar yazılar