Satıcıları bıçaqla qorxudub ərzaqları apardı
24 noyabr 2022 12:45 (UTC +04:00)

Satıcıları bıçaqla qorxudub ərzaqları apardı

Bakıda marketdə quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxs oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsullarını aparıb.

Bu barədə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

# 1506
avatar

Oxşar yazılar