Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi açıldı - YENİLƏNİB
18 avqust 2025 12:10 (UTC +04:00)

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi açıldı - YENİLƏNİB

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

saat 09:20

Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

Lent.az xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.

Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar