Şəkidə "Mercedes" aşdı,  yaralananlar var
21 aprel 2024 00:06 (UTC +04:00)

Şəkidə "Mercedes" aşdı, yaralananlar var

Şəkidə "Mercedes" markalı avtomobil aşıb, iki nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Sarıca kənd sakini, 49 yaşlı İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü İ. Əliyev və avtomobildə olan sərnişin Niyaz Qardaşxan oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

 

# 2682
avatar

Oxşar yazılar